Sep 7, 2015

HP CEOsu Meg Whitmandan uğurlu keryera üçün 9 vacib nüans + BONUS

2-3 gün qabaq Philip Delves Broughtonun “Harvard Biznes Məktəbində sizə nə öyrədirlər?” (What they teach you at Harvar Business School) adlı kitabını oxuyub bitirdim. Müəllif 2004/06 ci illərdə Harvard Biznes Məktəbində (HBM) MBA təhsili alıb və yazdığı kitab bir növ avtobioqrafik kitab sayılır. Müəllif kitabda 2 il ərzində HBMdə başına gələn olaylar, professorlar, dərslər, dərslərdə yerinə yetirdikləri keyslər, böyük şirkətlərin ofisinə, Silikon Vadisinə səfərlərindən və Amerikanın öndəgedən iş adamlarının HBKnı ziyarət edib, mühazirə deməklərindən geniş bəhs edir.
Dərslərin birində Meg Whitmanın 2001ci ildə internet şirkətlərinin çöküşündən bir az sonra HBMdə etdiyi çıxışın videosunu izləyiblər. Videoda Meg Whitman uğurlu karyera qurmaq üçün əməl edilməsi olan 9 maddəlik şəxsi fəlsəfəsini tələblərlə bölüşürmüş. Açığı Megin özünün uğurlu karyerası və verdiyi məsləhətlər diqqətimi çox çəkdiyindən istədim onu bu bloq posta paylaşım.
Əvvəlcə Meg Whitmanın karyerası haqqında: Meg Whitman bakalavr təhslilini Princeton Universitetindən, magistr təhslini isə HBMdən alıb. Karyerasına Procter & Gamble şirkətində brend menecer olaraq başlayıb, sonra Bain & Company şirkətində konsultant, daha sonra isə həmin şirkətdə baş vitse-prezident olub. 1998ci ildə məşhur auksion şirkıti eBayda karyerasını başlayır və şirkətin CEOsu olur. 2011ci ildə HPə direktorlar şurasının üzvü kimi qəbul olunur və sentyabr ayıdn HPnin CEOsu olur. Hal hazırda HP şirkətinin sədri, prezidenti və CEOsudur. Gördüyümüz kimi kifayət qədər uğurlu bir karyera yolu keçib Meg Whitman.

Keçək Meg Whitmanın 9 bənddən ibarət şəxsi inkişaf məsləhətlərinə:
Girişdə Meg deyir ki, “əsla fikirləşdiyiniz qədər yaxşı deyilsiniz. Amma düşündüyünüz qədər də, pis deyilsiniz”. Meg burda sahib olduğumuz bacarıqları bilikləri nə çox şişirdib mənəm-mənəm deməyə nə də bacarıqlarınızın gücünü azaldıb motivasiyadan düşməməyi tövsiyyə edir.
1)    Xoşunuza gələn bir işlə  məşğul olun, çünki etdiyiniz şeydən xoşunuz gəlmirsə, yaxşı olmağınız mümkün deyil. Karyerə haqqında məsləhət verən bütün uğurlu şəxslərin yəqin ki, ilk verdiyi məsləhət məhz bu olur. Müəllifini unutduğum bir aforizmdə deyilir ki, “sevdiyiniz işi görün vəgördüyünüz işi sevin
2)    Nə edirsinizsə edin, mütləq nəticə alın.Başladığınız işi son yetirmədən bu işdə uğurlu və ya uğursuz ola bilməzsiniz. İşi bitirib nıticəni əldə etdikdən sonra artıq bu işdə nələri düz etdiyinizi, nələri səhv etdiyinizi özünüz anlayacaqsınız.
3)    Öyrəndiyniz “dərsləri” kodlaşdırın. Həaytdakı bütün etdiyiniz işlərdəki, uğur və uğursuzluğun nisbətini öyənmək üçün onları kodlaşdırın. Məsələn Meg deyir ki, HBM bitirdikdən sonra 1.5 uğur, 1.5 uğursuzluq 1 möhtəşəm uğur əldə etmişdi.
4)    Səbrli olub yalnızca yaxşı insanlara və yaxşı şeylərə fokuslanın.
5)    Bir komanda qurun və etibarı paylaşın. Bu komandanın hər bir üzvü 1-1nə qarşı inam hiss etsin, o zaman uğur sizdən heç də uzaqda olmayacaqdır.
6)    Əyləncəli, maraqlı bir iş yoldaşı olun, o zaman komandanızın üzvləri sizinlə işləmək üçün daha bir motivasiya mənbəyi tapacaqlar.
7)    Bilmədiklərinizi və ya başa düşmədiklərinizi mütləq soruşun. Burda əlavə izah verməyə düşünürəm ehtiyac yoxdur.
8)    Özünüzü çox da ciddiy almayın. Zaman zaman özünüzlə zarafat edib, özünüzü ələ salıb, özünüzü tənqid edin və o zaman çatışmayan cəhətlərinizi daha asan üzə çıxaracaqsınız.
9)    Heç bir zaman dürüstlüyünüzdən güzəşt etməyin. Bütün iş yoldaşlarınıza, kolleqalarınıza qarşı dürüst olun. Çalışın onlar arasında fərq qoymayasınız.
B10US: “Çox güman ki, gələcəkde geriyə dönüb baxanda, kaş ki, daha çox işləsəydim deməyəcəksiniz... Həyatdakı ən önəmli şey ailəniz və dostlarınızdır”.

Bu fikir daha çox fikrimi cəlb etdi, demək olar ki, müəllifin tələbə olduğu illərdə HBMnə qonaq kimi gələn bütün iş adamları, CEOlar bu məsləhəti veriblər tələbələrə amma digər tərəfdən bu məsləhəti verənlərin heç biri də bu məsləhətə əməl edə bilməyiblər.

3 comments:

  1. Kitabi comertlik edib menimle paylasmisdin ona gore oz tesekkurumu yeniden gundeme getirirem:) Bloqunu imkan dusdukce oxuyuram. Gucum qrammatik ve herf sehvlerini askara cixarmaga catar o da ki yoxdur. You know what I mean:) Abune ol duymesini tapsam abune olacam. Daha da chicheklenmek arzusuyla!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. buyur, xoşdur hər zaman paylaşmaq. 2ci dəfə oxudum o kitabı. çalışacam yazma tempini bir az artırım, heç olmasa həftədə 1 dəfə. Abunə məsələsini artıq həll etdim. Təşəkkürlər rəyin üçün :)

      Delete