haqqımda

Mən, Babək Musa-zadə 07 fevral 1989-cu ildə Bakı şəhərində doğulmuşam.

Təhsilim:
- 2006-2010-cu illərdə Azərbaycan Turizm İnstitutunun "Menecment" fakültəsində təhsil almışam.
- 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Türk Dünyası İşletme", öz türkcəmizdə desək "biznesin təşkili" fakültəsinə qəbul olunmuşam - magistratura pilləsinə. 1 kurs oxuduqdan sonra, hərbi xidmətə yollanmışam.
- Hərbi xidmətdən sonra xaricdə təhsil almağı qarşıma məqsəd qoyub Azərbaycandakı təhsilimi dayandırmışam. 2014-cü ildən "İnternational Business School Budapest"də (University of Buckingham) "Marketinq İdarəetməsi" üzrə magistr təhsili alıram.

İş təcrübəm:
2009-cu ilə qədər Türkiyədə və Azərbaycanda turizm sahələrindı çalışmışam. Sonrakı illərdə online alış-veriş və turizm reklam platformalı start-up layihələrdə çalışmışam.
2013-2014cü illərdə 14ə qədər geyim mağazasının daxil olduğu VİB Ltd şirkətində marketinq meneceri olaraq fəaliyyətimi davam etdirmişəm.


Maraq dairəm:
Marketinq, şəxsi inkişaf və turizmə aid kitablar oxuyuram, dedektiv və tarixi-sənədli kitablar da maraq dairəmdədir.. Maraqlandığım sahələrə uyğun təlim, treyninqlərdə iştirak etməyə çalışıram, oxuduğunuz bu bloqda arada bir yazılar da yazıram, oxuyub-öyrəndiklərimdən və müşahidə etdiklərimdən.

No comments:

Post a Comment