Aug 6, 2015

“Starbucks” görmək istəyən Azərbaycana gəlməsin

Dünən “MarketinqAzərbaycan” qrupunda və sosyal mediyada “Starbucks”ın Azərbaycan bazarına girməsiylə bağlı xəbərlər yayıldı və artıq üzərindən qısa müddət keçməsinə baxmayaraq bir neçə marketer mövzu haqqında bloq da yazıb paylaşdı. Bu postda “Starbucks”ın Azərbaycanda niyə öz “təyinatına” uyğun istifadə olunmayacağı haqqında fikirlərimi bölüşəcəm.
Söhbəti uzatmadan keçək mövzuya. Şirkətin tarixi, uğurları, targeti, statistik göstəriciləri və digər maraqlı faktları haqqında Ramil Cabbarov bu gün öz bloqunda paylaşıb.

Qəhvə sevər olmadığım üçün dillərə dastan kofenin dadına bir dəfə də olsa baxmaq istəyirdim. Fikriləşirdim bəlkə dadında qəhvəni mənə sevdirəcək nəsə olacaq. Starbucks-la ilk tanışlığım İstanbulda 3 il qabaq olmuşdu. Vaxtım az olduğundan sadəcə qəhvəmi götürüb məkanı tərk eləmişdim. Əsl Starbucks ruhuyla tanış olmaq imkanım olmamışdı. Sonradan bir neçə xarici ölkədə də internetə çıxış əldə etmək üçün 3-4 dəfə xidmətlərindən istifadə etmişdim. Digər tərəfdən də bir maraq var idi içimdə ki, axı nədir Startbucks-ı bu qədər məşhur edən və fikrimcə hər bir marketer olmaq istəyən şəxsin mütləq baş çəkməli olduğu məkanların başında gəlir İkea, MediaMarkt və s. ilə birlikdə.
Starbucksın digər ölkələrdə targeti əsasən iş görüşmələri və ya nəyisə müzakirə etmək üçün yığışan bəyaz yaxalıqlılar və ya dərslərini edən tələbələrdir. Bir neçə saat sadəcə 1-2 qəhvə götürərək sakit işinizi görə bilərsiniz, heç kim sizi narahat etməyəcək. Məhz bu səbəbdən də Starbuck məkanları adətən insanların çox olduğu mərkəzi küçələrdə, alış-veriş mərkəzlərində, universitetlərə yaxın ərazilərdə hətta universitet kampuslarında yerləşir.

Bəs Azərbaycanda mənim fikrimcə vəziyyət necə (və niyə fərqli) olacaq?!
-        -  İlk öncə qəhvəyə meyilli xalq olmadığımızdan düşünürəm ki, çox azsaylı qəhvəsevərlər üçün seçim imkanına daha biri artırılacaq.
-         - İlk günlərdə təbii ki, “qlamur” adlanan kəsimin istilasına uğrayacaq, check-inlər, selfielər və s. havada uçuşacaq. Gözlərinin qurdunu öldürəndən sonra yenidən qayıdacaqlar köhnə məkanlara.
-         - Digər ölkələrdə adətən iş görənlər və tələbələrin sayının çox olmasından dolayı az da olsa sakitçilik hökm sürür məkanlarda (istisna hallar da mövcuddur) və insanlar bir-birlərini narahat etmirlər. Bizdə kafedə yığışıb dərs oxumaq ənənəsi yerli-dibli olmadığından bir-birləri ilə danışan insanların səsi o “xaricdə gördüyünüz” Starbucks abu-havasını kobud desək öldürəcək. 1 ilə yaxın bir müddətdir Budapeştə təhsil alsam da heç zaman gedib kafedə oturub dərslə məşğul olmamışam, evim daha rahat gəlib. = Yalnızca bir neçə dəfə qrup işləri üçün məcburiyyətdən kafelərin xidmətindən istifadə etmişəm. Yəni kafedə oturub dərs eliyən və ya könlündən keçirən bir neçə nəfər varsa da məncə çox sevinməsinlər J

-         - Xarici ölkələrdə ən çox qarşılaşdığımız və adımızın səhv, bəzən çox əcayib formada kağız stəkanların üzərinə yazılması bizi əyləndirsə də, Bakıda işləyənlər azərbaycanlılar olduqlarından, bu cür hallardan da məhrum olacağımızı düşünürəm.
Yekun olaraq düşünürəm ki, Bakıdakı Starbucks digər ölkələrdə olan “istifadə təyinatından” fərqli formada istifadə olunacaq. Xarici ölkələrdə səyahətdə olarkən və ya təhsil alarkən Starbucksın xidmətlərindən istifadə edənlər o nostalgiyanı burda əldə edə bilməyəcək. Ən sonunda vətənə, millətə və “qlamur kəsimə” xeyirli olsun J

No comments:

Post a Comment