Jul 7, 2015

Bəlkə siz elə doğrudan düz eləmirsiniz?!

İsti yay günlərində Rafiq Hunaltayın “Bəlkə biz düz eləmirik” adlı bloq yazısı marketinq camiəsində soyuq duş effekti yaratdı. Müəllif bloqunda Azərbaycan marketinqi üçün etdiklərini sorğulayıb, bəlkə nələrisə düz etmədiyini soruşurdu. Bloqpostun sonunda bu mövzu haqqında fikirləşmək üçün estafeti bir neçə tanınmış marketerə göndərmişdi. Onlar da öz növbələrində bu məsələyə, satirik, ironik və ya ciddi baxış bucağından öz fikirlərini bloqlarında bildirmişdilər. Bu mövzuda ən son bloq yazanlardan Namiq Bay da öz postunda pası mənə ötürdü. Açığı Namiq Bayın meyxana stilində olan postuna cavab vermək üçün istədim meyxanaçılardan  kömək istəyim J


Azərbaycan marketinqi üçün hələ ki, ciddi bir işlər görmədiyim üçün fikirləşdim mən də bu camiənin yeni üzvü kimi, marketerlərimizin marketinq üçün etdiklərinə öz fikirlərimi bildirim. Bəlkə onlar özləri dediyi kimi doğurdan da düz eləmirlər?!


1)    Hal-hazırda İlkin Manafovun “360° Brendinq” kitabını oxuyuram. Bəlkə doğrudan marketerlərimiz İlkin M., Anar B., Rəhman Ə. (Rafiq müəllimin də kitabı hazırlıq mərhələsindədi bildiyim qədərilə) və digərləri səhv edib kitab yazırlar, kitablardan oxuduqlarını, onların karyeralarındakı tətbiqlərini digər marketerlərlə, tələbələrlə bölüşürlər, ana dilində marketinq, menecment, brendinq kitabları yazırlar özü də milli keyslərlə?!


2)    Bəlkə marketerlərimiz düz eləmirlər, çox cuzi ödəniş qarşılığında marketinqin müxtəlif sahələri, PR və s. mövzularda təlimlər verirlər, ofislərində gənclər üçün master klasslar keçiribç gənclərlə bilgilərini bölüşürlər?! Universitetlərdə, maşınlarının benzinlərini qarşılamayacaq ödənişlər qarşılığında dərs deyib, gənclərə marketerin Youtube-da reklamlara baxıb, köks ötürüb, niyə bunu bizdə edən şəx yoxdur deyən deyil, şirkətə, sektora yenilik gətirən şəxs olduğunu aşılayırlar (İ.M) ?! 


3)    Bəlkə marketerlərimiz düz eləmirlər, hər il Milli Marketinq Forumu keçirirlər?! Bəlkə onlar doğrudan düz eləmirlər, ildən ilə keçirdikləri forumların və spikerlərin səviyyəsini həndəsi sil-silə ilə artırlar?! Bəlkə onlar düz eləmirlər spikerlərə qarşı öz şirkətləri haqqında danışmamaq və foruma gələnlərlə yerli-milli keysləri paylaşmaq şərti qoyurlar, yüzlərlə gənc marketeri bilgiləndirirlər, biliklərini paylaşırlar?!


4)    Bəlkə onlar düz eləmirlər, bloq yazırlar ana dilimizdə kontent yaradırlar, arada bir də bir-birlərinə pası ötürüb yazmaq tənbəlliyindən canlarının qurtarmaq üçün bəhanə verirlər?! (Necə ki, Namiq Bay mənə verdi bu bəhanəni, hansı ki daha 2-3 mövzu var idi yazmaq istədiyim bir təkan lazım idi, ümid edirəm Namiq Bayın verdiyi bəhanı yetərli olacaq)


5)    Yəni bəlkə doğrudan da, düz eləmirlər xarici tədbirlərlə partyorluq edib, ora gənc marketerlərə və ya marketer olmaq istəyənlərə iştirak şansı yaratmaqla, hansı ki, tədbirlərdə iştirak edib marketinq, event təşkilatçılığı biliklərini genişləndirir, bir az a-sosyal olmayanlar, xaricdə çalışan marketerlərlə networkinq qurub, gələcəkdə əməkdaşlıq edirlər?!


Yox onlar özləri də bilirlər ki, səhvləri ilə, düzləri ilə doğru yoldadırlar. Bu gün Azərbaycan kimi ölkədə, 2 rəqib şirkətin menecerini bir tədbirdə yan-yana otuzdurub, aralarında networkinq yarada bilirlərsə demək onlar doğru yoldadırlar. Bu gün onların kitabları oxunur, bloqları paylaşılırsa, MMFdən sonra Marketinq Azərbaycan qrupunun tədbirlərində heç zaman iştirak etməyən, prosesin içindən xəbəri olmayan dostlar MMF haqqında çox müsbət fikrilər bildirirlərsə, demək onlar elə düz eliyirlər.


Ümid edirəm yazıda hər hansı bir səhvim, pafoslu fikrim olubsa peşəkarlar, bu sahədə sözlərini deyənlər keçər günahımızdan, növbəti yazının daha yaxşı olacağına söz verirəm. “Olimpiya məşəlini” də hər zaman maraqlı fikriləri ilə diqqət çəkən Nümrəddin Hüseynov və Fidan İlhama ötürürəm.



No comments:

Post a Comment