Sep 22, 2015

Cem Yılmaz Stand-upı dadında biznes panelindən öyrəndiklərim...

Bu yaxınlarda Özyeğin Universitetində keçirilən “Uğursuzluq Zirvəsi” adlı bir panelin videosuna baxırdım. Qonaqlar “Finans” Bankın yaradıcısı və Türkiyənin o zamankı ən varlı şəxsi Hüsnü Özyeğin, Sabancı Ailəsinin 3cü nəsil üzvü, Sabancı Holdinqdən ayrılıb Pegasus Hava yollarını alan və idarəçisi olan Ali Sabancı, Türkiyənin ən böyük internet portalı Mynetin yaradıcısı Emre Kurttepeli, Hatay Yatırım Holdingin CEOsu Emin Hatay və Euro RSCG Reklam agentliyinin CEOsu Levent Erden idi. Yəni paneldəki 5 qonağın hamısı Türkiyədə kifayət qədər uğur qazanmış şəxslər idi. 

Ən cavanı 43 yaşında ən yaşlısı 69 yaşında olan qonaqların 2 saatlıq proqramından hədsiz həzz aldığımı deyə bilərəm. İlk öncə panel həddindən artıq əyləncəli idi, sanki Cem Yılmaz stand-upna baxırdın. Digər tərəfdən, 5 iş adamının hər biri, şəxsi, biznes həyatlarında qazandıqları təcrübələrini, etdikləri səhvləri bölüşürdülər. Bir sözlə öyrəniləcək çox şey var videodan. İndi isə keçim videodan çıxardığım dərslərə. Videonu sonda paylaşacam, istəsəniz izləyə bilərsiniz. Çox güman hər bir şəxs, dünya görüşünə, təcrübəsinə, təhsilinə görə müxtəlif nəticələr çıxaracaqdır özü üçün.


İlk Olaraq Hüsnü Özyeğin 28 il bundan qabaq Finans Bankı qurarkən, gənclərə daha çox yer verdiyini vurğuladı. Finans Bankı qurarkən birlikdə işlədiyi 24 nəfərdən ən yaşlısı 29 yaşında olub və keçmiş müdürünə ziyan verməmək və digər etik səbəblərdən keçmiş iş yerindən bir nəfər də olsun işçi gətirməyib. Sonra verdiyi məsləhət isə belə idi: "iş və ya şəxsi həyatında olan heç bir uğursuzluğu müdür, CEO, rəhbər iş yerində hiss elətdirməməlidir, lazım gəlsə rola girməlidir". Öz işi olmayan insanlar belə, hər hansısa bir şirkətdə çalışan, müəyyən vəzifədə olan şəxslər, işlərində nailiyyət əldə etmək və şirkətini irəli aparmaq istəyirsə mütləq "sahibkar" və ya sahibkar ruhlu olmalıdırlar fikrini səsləndirdi və qurduqları şirkətlərdə işçilərinə müəyyən pay verib onları sahibkar kimi hiss etmələrini təmin edib.
Türkiyədə Marketinq qurusu kimi tanınan Levent Erdem iş həyatında necə uğurlu addımladığını, 28 yaşında L'oreal Türkiyə, 31 yaşında Pepsi Colanın Türkiyə müdürü olduğunu və bu günün Türkiyəsində insanlar arasındakı rəqabətdan dolayı hansı təhsili alırsan al, kim olursan ol bunun heç cürə mümkün olmayacağını qeyd edti. Düşünürəm ki, hal-hazırda bizdə də bu proses gedir və bir 10-15 il sonra bəlkə bizdə də kadrlar arsında ciddi rəqabət olacaq. Daha sonra hər hansısa bir fikri ilk həyata keçirməkdən çox vaxtında həyata keçirmək haqqında çıxış etdi və Türkiyədə internet reklam dünyasında etdiyi səhv barəsində ətraflı çıxış etdi.

Emre Kurttepeli isə öz şəxsi işlərini quranların, şəxsi həyatdan bəzi şeylərdə güzəştə getmək məcburiyyətində olduqlarını qeyd edir. Ailəsiylə, uşağıyla daha az vaxt keçirməyi gözə almalıdır sahibkarlar. Sonrakı dəqiqələrdə start-upları alarkən və ya investisiya edərkən ən böyük səhvlərinin start-upı yaradanların işdən uzaqlaşdırıldığı və ya maaşlı işçiyə çevirdikləri olduğunu deyir.
Alı Sabancı Turkcell Türkiyəyə gələndə keçirilən tenderdə iştirak edən zaman 3 ildə başlarına gələn maraqlı hadisələrdən danışıb. Məsələn Terkcell üçün tenderə girən Sabancı holdinqdə işçilərə "mobil telefon bir lyuksdur amma qadağandır adlı" bir mesaj gedir. Daha sonra şirkətin idarəediciləri sizin bir təklifinizə isti baxmırlarsa idarəediciləri zorlamağın bir mənası olmadığını qeyd edir, bu müddətdə itən sizin əziyyətiniz olacaq. Sonra süd məhsulları bazarına girərkən İngiltərədən mütəxəssis gətirdiklərini amma süd məhsulunun insanların ağız dadıyla bağlı bir şey olduğundan xarici mütəxəssisin gətirilməsinin ziyanlı olduğunu qeyd etdi, marketerlər üçün maraqlı nüans olar bu fikrimcə. 
Türkcell məsələsində Hüsnü Özyeğin də iştirak edir və çox maraqlı bir əhvalat gəlir başlarına. Daha ətraflı və maraqlı məlumatlar üçün məncə videonu izləyin.
P.S. Bu videoya baxarkən "İdeya qazandı" verlişini xatırladım. Orda "əjdaha" adlandırılan jürilərin gənclərlə özündən razı, eqosu yerə-göyə sığmayan danışıq tərzləri yadıma düşdü və videodakı insanların nədən bu qədər uğurlu olduqlarını anladım.

P.S.S. Videonun ilk 11 dəqiqəsi araşdırmaya aiddir, bəziləri üçün bir az cansıxıcı ola bilər. İyi seyirlər...


.

1 comment: