Showing posts with label samsung. Show all posts
Showing posts with label samsung. Show all posts

Feb 27, 2013

Samsungun rəqibi "Galaxy S3", Applenin rəqibi iPhone 5"


Mobil rabitə, xüsusən smartfon (ağıllı telefon) bazarındakı kosmik, başdöndürücü dəyişim son zamanlar lap aydın sezilməkdədi. X şirkəti çıxardığı N2 məhsulunu tam bazar çıxarıb satışlarını artırmamış N3 məhsulunun istehsal olunacağı haqqında məlumatları ötürür mediaya. Biz də bir alıcı olaraq bilmirik, hansını alaq? Hal-hazırda satışda olanı alaq ya artıq planları hazırlanıb yaxın aylarda satışa çıxacaq olanı?! Potensial yeni məhsulu da gözləməyə çox adam səbr eləmir ya da o çıxandan sonra ondan sonrakının xəbəri yayılacağından qorxu elə hazırda satışda olanla qane olur. Bəs əslində modellərin bu qədər tez bir zamanda yenilənməsində məqsəd nədir?  Şirkətlər və onların marketinq departamentləri hansı məqsədlər güdürlər bu gedişlərdə?!