Son günlər
sosyal mediada xüsusən də Facebookdakı Marketinq Azərbaycan qrupunda hər hansı
bir normal və ya bayağı reklamı, kampaniya və ya PR aksiya müzakirəyə çıxarılan
kimi, TƏƏSSÜF ki, “burda müzakirə
olunursa deməli hədəflərinə çatıblar”, “anti-reklam özü də bir reklamdı” və ya “qara
PR özü də elə bir PRdır” fikirləri ən çox rast gəlinənlər arasında olur. Əslində
son deyimdə həqiqət payı var, bildiyimiz kimi PRın 3 növü var, qara, ağ və boz,
doğrudan da Qara PR elə PRın bir növüdür amma di gəl ki, bu ifadə heç də işlədildiyi
mənada şirkətlərə xeyir gətirən PR deyil.
Bəs gəlin
görək əslində necədir. Reklamın tərifi, tarixi, yaranması haqqında uzun-uzadı
yazmadan fikirlərimi ilk öncə real keyslər və bənzətmələrlə daha sonra isə türklər
demiş “isveçli bilim adamlarının” fikirləri ilə olmasa da Ogilvy, Trout kimi marketinq
dühalarının kitablarından və deyimlərindən alıntılarla bölüşəcəm.