Bu yaxınlarda,
daha doğrusu müsəlmanın “bu yaxını”, hardasa 2 aydan bir az uzun müddət bundan
qabaq, bir məsələ ilə bağlı şəhərimizdə
olan bankların birinə baş çəkməli oldum. Bankın ofisinə daxil oldum və sıramı
gözləmək üçün Q-maticdən (Q-net də deyirlər bəzən, sıranı bildirən çeki çap edən
aparat) çekimi götürüb başladım sıramı gözləməyə. Içəridə kifayət qədər çox
adam olduğundan fikirləşdim ki, banklarda Q-maticlər olmasaydı yəqin burda ara
qarışıb məzhəb itmişdi, nə yaxşı icad imiş bu, hələ-hələ bizim kimi sıraya durmaqla,
öz sırasını gözləməklə problemi olan cəmiyyətlər üçün.