Bu yaxınlarda Özyeğin Universitetində keçirilən “Uğursuzluq Zirvəsi”
adlı bir panelin videosuna baxırdım. Qonaqlar “Finans” Bankın yaradıcısı və
Türkiyənin o zamankı ən varlı şəxsi Hüsnü Özyeğin, Sabancı Ailəsinin 3cü nəsil
üzvü, Sabancı Holdinqdən ayrılıb Pegasus Hava yollarını alan və idarəçisi olan
Ali Sabancı, Türkiyənin ən böyük internet portalı Mynetin yaradıcısı Emre Kurttepeli,
Hatay Yatırım Holdingin CEOsu Emin Hatay və Euro RSCG Reklam agentliyinin CEOsu
Levent Erden idi. Yəni paneldəki 5 qonağın hamısı Türkiyədə kifayət qədər uğur
qazanmış şəxslər idi.
Babək Musa-zadə
Marketinq haqqında düşündüklərim . . .
Sep 22, 2015
Sep 7, 2015
HP CEOsu Meg Whitmandan uğurlu keryera üçün 9 vacib nüans + BONUS
2-3 gün
qabaq Philip Delves Broughtonun “Harvard Biznes Məktəbində sizə nə öyrədirlər?”
(What they teach you at Harvar Business School) adlı kitabını oxuyub bitirdim.
Müəllif 2004/06 ci illərdə Harvard Biznes Məktəbində (HBM) MBA təhsili alıb və
yazdığı kitab bir növ avtobioqrafik kitab sayılır. Müəllif kitabda 2 il ərzində
HBMdə başına gələn olaylar, professorlar, dərslər, dərslərdə yerinə yetirdikləri
keyslər, böyük şirkətlərin ofisinə, Silikon Vadisinə səfərlərindən və Amerikanın
öndəgedən iş adamlarının HBKnı ziyarət edib, mühazirə deməklərindən geniş bəhs
edir.
Dərslərin
birində Meg Whitmanın 2001ci ildə internet şirkətlərinin çöküşündən bir az sonra
HBMdə etdiyi çıxışın videosunu izləyiblər. Videoda Meg Whitman uğurlu karyera qurmaq
üçün əməl edilməsi olan 9 maddəlik şəxsi fəlsəfəsini tələblərlə bölüşürmüş. Açığı
Megin özünün uğurlu karyerası və verdiyi məsləhətlər diqqətimi çox çəkdiyindən
istədim onu bu bloq posta paylaşım.
Aug 25, 2015
Ogilvyni qəbrində "çevirənlər" haqqında
Son günlər
sosyal mediada xüsusən də Facebookdakı Marketinq Azərbaycan qrupunda hər hansı
bir normal və ya bayağı reklamı, kampaniya və ya PR aksiya müzakirəyə çıxarılan
kimi, TƏƏSSÜF ki, “burda müzakirə
olunursa deməli hədəflərinə çatıblar”, “anti-reklam özü də bir reklamdı” və ya “qara
PR özü də elə bir PRdır” fikirləri ən çox rast gəlinənlər arasında olur. Əslində
son deyimdə həqiqət payı var, bildiyimiz kimi PRın 3 növü var, qara, ağ və boz,
doğrudan da Qara PR elə PRın bir növüdür amma di gəl ki, bu ifadə heç də işlədildiyi
mənada şirkətlərə xeyir gətirən PR deyil.
Bəs gəlin
görək əslində necədir. Reklamın tərifi, tarixi, yaranması haqqında uzun-uzadı
yazmadan fikirlərimi ilk öncə real keyslər və bənzətmələrlə daha sonra isə türklər
demiş “isveçli bilim adamlarının” fikirləri ilə olmasa da Ogilvy, Trout kimi marketinq
dühalarının kitablarından və deyimlərindən alıntılarla bölüşəcəm.
Aug 6, 2015
“Starbucks” görmək istəyən Azərbaycana gəlməsin
Dünən “MarketinqAzərbaycan” qrupunda və sosyal mediyada “Starbucks”ın Azərbaycan bazarına girməsiylə
bağlı xəbərlər yayıldı və artıq üzərindən qısa müddət keçməsinə baxmayaraq bir
neçə marketer mövzu haqqında bloq da yazıb paylaşdı. Bu postda “Starbucks”ın Azərbaycanda
niyə öz “təyinatına” uyğun istifadə olunmayacağı haqqında fikirlərimi bölüşəcəm.
Söhbəti
uzatmadan keçək mövzuya. Şirkətin tarixi, uğurları, targeti, statistik göstəriciləri
və digər maraqlı faktları haqqında Ramil Cabbarov bu gün öz bloqunda paylaşıb.
Jul 7, 2015
Bəlkə siz elə doğrudan düz eləmirsiniz?!
İsti yay günlərində Rafiq Hunaltayın “Bəlkə biz düz eləmirik” adlı bloq yazısı marketinq camiəsində soyuq duş effekti yaratdı. Müəllif bloqunda Azərbaycan marketinqi üçün etdiklərini sorğulayıb, bəlkə nələrisə düz etmədiyini soruşurdu. Bloqpostun sonunda bu mövzu haqqında fikirləşmək üçün estafeti bir neçə tanınmış marketerə göndərmişdi. Onlar da öz növbələrində bu məsələyə, satirik, ironik və ya ciddi baxış bucağından öz fikirlərini bloqlarında bildirmişdilər. Bu mövzuda ən son bloq yazanlardan Namiq Bay da öz postunda pası mənə ötürdü. Açığı Namiq Bayın meyxana stilində olan postuna cavab vermək üçün istədim meyxanaçılardan kömək istəyim J
Azərbaycan marketinqi üçün hələ ki, ciddi bir işlər görmədiyim üçün fikirləşdim mən də bu camiənin yeni üzvü kimi, marketerlərimizin marketinq üçün etdiklərinə öz fikirlərimi bildirim. Bəlkə onlar özləri dediyi kimi doğurdan da düz eləmirlər?!
Feb 11, 2015
Marketinq AIR təlimlərinin sizə verəcəyi 3 fayda
Ilkin müəllimin Marketing AİR haqqında son bloqpostunu oxuduqdan sonra Marketing AİR 1 təlimlərinə necə müraciət etdiyim və təlim
prosesini xatırladım. O vaxt təlimlərin anonsu veriləndə hərbi xidmətdə idim və
tanışlardan belə bir təlimin keçiriləcəyini eşitmişdim və onlardna xahiş etdim
ki, əvəzimdən təlimlərdə qeydiyyatdan keçsinlər və oktyabr ayının 2si hərbi
xidmətdən qayıdıb, ayın 5-6ı təlimlərə qatıldım. Bu qədər nostaljidən sonra qərara gəldim ki, mən də, məktəbini keçdiyim
bu təlimlər haqqında bəzi yararlı (ümid edirəm) məlumatları sizinlə paylaşım.
Beləliklə, Marketing AİR təlimlər mənimçün getdiyim marketinq çığırında
(karyera desəm böyük səslənər) dönüş nöqtəsi oldu. Beləliklə, bu bloqpostda
Marketing AİR təlimlərinin sizə verəcəyi üstünlüklərdən yazacam, qısa desək niyə
Siz bu təlimlərdə iştirak etməlisiniz:
Apr 1, 2013
Ən "Royal" müştəri "Loyal" müştəridir!
Bu gün aprel ayının 1i, beynəlxalq gülüş günüdür,
müxtəlif ölkələrdə müxtəlif adlarla qeyd olunur “gülüş günü”, “axmaqlar günü” və
s. bu günün əsas özəlliyi müxtəlif, ciddi fəsadlar törətməyən zarafatlar və
“kiçik” aldatmalar etməklə insanlara təbəssüm bəxş etməkdir. Bunları yazmaqda məqsədim
heç də yazını bu günə həsr etmək və ya bu günün tarixindən yazmaq deyil. Bu
günkü blogpostumun mövzusu şirkətlərin müştərilərini aldatması daha doğrusu,
baş vermiş hər hansısa problemli hadisə, istehsalat səhvi və ya fors major vəziyyətləri
müştəri və partnyorlarından gizlətməsi haqqındadır.
Mar 16, 2013
Biznesdə "Copy-paste" İdeyalar Y(Z)ararlıdır ?!
Son günlər, daha
doğrusu son illər ölkə mediasının gündəmində duran əsas mövzulardan biri “copy-paste”, “plagiat”, “oğurluq” bir
sözlə görüb-götürülmüş ideyaların tətbiqinin həyatda və ya müxtəlif iş
sferalarında, istər incəsənətdə, istər təhsildə, istərsə də biznesdə nə qədər
uğurlu olması və ya nə qədər etik olması məsələsidir.
http://babekmusazadeh.blogspot.hu/2015/09/cem-ylmaz-stand-up-dadnda-biznes.htmlÜmumiyyətlə yaşadığımız məkanda “görüb-götürülmüş” ideyalara bir növ
barmaqarası baxırlar. Əgər kimsə deyirsə ki, mən hər hansısa bir layihəni, hansısa
ölkədə həyata keçirilmiş və uğurlu olmuş layihədən ilhamlanaraq həyata keçirmişəm,
bizim “ağlıgöyçəklər” həmin adama qeyri-ciddi adam, ortaya qoyduğu işə isə qeyri-ciddi
iş donu geyindirirlər. Bir çox hallarda isə həmin insanları ideasızlıqda,
plaqiarizmdə hətta daha da irəli gedib “oğurluqda” günahlandırırlar. Düzdü bu
adətən incəsənət sahələrində olurdu, amma son zamanlar şirkətlərin xarici təcrübəni
ölkəmizdə tətbiq etməyə başlaması onların rəqiblərini qıcıqlandırmağa başlayıb
və rəqiblər şirkətləri “copy-paste” şirkət olmaqda suçlayırlar (yeniliklər adətən gec qəbul olunur). Amma məsələnin yegane sevindirici tərəfi odur ki,
artıq bu tip düşünən insanların sayı nisbətən azalmaqdadır və həyata keçirdiyin
iş uğurludursa, bu “ağlıgöyçəklər” daha çox susmağa üstünlük verirlər. Bəs
dünyada uğurlu biznes qurulan ölkələrdə vəziyyət necədir?!
Mar 9, 2013
İlkin Manafovun qonaq yazısı :)
Əziz oxucu, bu bloq yazımda mən MarketinqAIR təliminin məzunu Babək bəyin dəyərli bloqundan istifadə edirəm.
Mən Sizinlə bu yazıda uğurlu marketoloq olmaq üçün ən vacib şərtlərdən biri olan peşəyə qarşı sevgidən
danışacam. Beləliklə başlayaq?!
Məndən soruşan olsa ki, dünyada ən
sevdiyiniz peşə nədir?! Mən heç düşünmədən marketoloq deyərdim. Həqiqətəndə bu peşə
insanda ətrafdakıları daha düzgün başa düşməyə təmin edir, həqiqətəndə bu peşə
insanda sərhədsiz düşüncə və ən əsası ətrafdakı proseslərə, insanlara qarşı
sevgi aşılayır. Marketinq bizə yalnız insanları sevməyi öyrətmir,
həmçinin izah edir ki, sevgigiz marketinq olmaz. Bilirsiz niyə?!
Feb 27, 2013
Samsungun rəqibi "Galaxy S3", Applenin rəqibi iPhone 5"
Mobil rabitə, xüsusən smartfon (ağıllı telefon)
bazarındakı kosmik, başdöndürücü dəyişim son zamanlar lap aydın sezilməkdədi. X şirkəti
çıxardığı N2 məhsulunu tam bazar çıxarıb satışlarını artırmamış N3 məhsulunun
istehsal olunacağı haqqında məlumatları ötürür mediaya. Biz də bir alıcı olaraq
bilmirik, hansını alaq? Hal-hazırda satışda olanı alaq ya artıq planları hazırlanıb
yaxın aylarda satışa çıxacaq olanı?! Potensial yeni məhsulu da gözləməyə çox
adam səbr eləmir ya da o çıxandan sonra ondan sonrakının xəbəri yayılacağından
qorxu elə hazırda satışda olanla qane olur. Bəs əslində modellərin bu qədər tez
bir zamanda yenilənməsində məqsəd nədir? Şirkətlər və onların marketinq departamentləri
hansı məqsədlər güdürlər bu gedişlərdə?!
Subscribe to:
Posts (Atom)